Oyunun “Bayıl arena”da keçirilməsi hər iki komanda üçün yaxşı haldır
“Qəbələ” ilə ağır oyundan sonra biz kubok yarışına çıxacağıq. “Qaradağ Lökbatan”la oyunun “Bayıl arena”da keçirilməsi hər iki komanda üçün yaxşı haldır. Çünki meydançanın vəziyyəti yaxşıdır. Əgər Lökbatan stadionunda oynasaydıq, hər iki komandanın futbolçusu əziyyət çəkərdi”.

Bu sözləri “Rəvan” klubunun aparıcı oyunçularından olan Aqil Nəbiyev deyib. Nəbiyev bildirib ki, “Qaradağ Lökbatan” birinci divizion klubu olsa da, bu oyuna ciddi yanaşmaq lazımdır: “Çünki rəqibin heyətində təcrübəli futbolçuların sayı çoxdur. Vaxtilə milli komandada oynamış futbolçulardan bir neçəsi hazırda “Qaradağ Lökbatan”ın uğurları üçün çalışırlar. Bu mənada, rəqib diqqət tələb edir. Əgər rəqibi ciddi qəbul etməsək, cəzalana bilərik”.

Qeyd edək ki, “Qaradağ Lökbatan” – “Rəvan” oyunu saat 12:00-da başlanacaq.

Xəbər 865 dəfə oxundu.