"Yuventus" Vidalla müqavilə yenilədi
"Yuventus" klubu futbolçusu Artur Vidalla müqaviləni yeniləyib.

Yarımmüdafiəçi ilə 2016-cı ildə bitəcək sözləşmənin müddəti daha bir illiyinə uzadılıb.

Qeyd edək ki, A.Vidal bu mövsüm "Yuventus" formasını geyindiyi 20 matçda 10 qol və 4 məhsuldar ötürməyə imza atıb.

Xəbər 922 dəfə oxundu.