Roy Hodson: "Liverpul"dan üzr istəməyəcəm"
İngiltərə millisinin baş məşqçisi Roy Hodson futbolçu Daniel Staric zədəli olmasına baxmayaraq, Almaniya ilə yoldaşlıq görüşündə oynatdığını etiraf edib.

Təcrübəli mütəxəssis bu hərəkəti səbəbindən "Liverpul"dan üzr istəməyəcəyini bildirib:

"Onun sınamaq üçün belə hərəkət etdim. Tam hazır olmasa da, çıxışı məni məmnun etdi. Artıq gələcəkdə ona güvənə biləcəyəm".

Qeyd edək ki, D.Staricin məhz bu oyunda zədəsi daha da ciddiləşdiyi üçün futbolçu iki ay yaşıl meydanlardan uzaq qalacaq.

Xəbər 834 dəfə oxundu.