Yurgen Klopp "Atletiko"nun futbolçusunu istəyir
"Borussiya" (Dortmund) klubu qışda komandanı tərk edəcəyi gözlənilən Robert Levandovskiyə əvəzləyici tapıb.

Dortmund təmsilçisi "Atletiko" (Madrid) klubunun hücumçusu Dieqo Kostaya "elçi" düşüb.

"Borussiya"nın baş məşqçisi Yurgen Klopp yanvar ayından Braziliya əsilli futbolçunu komandasında görmək istəyir. Lakin "Atletiko"nun Kosta üçün yüksək məbləğ istəməsi "Borussiya"nın işini çətinə salıb.

Qeyd edək ki, İspaniya millisinin üzvü ilə İngiltərənin "Arsenal" klubu da yaxından maraqlanır.

Xəbər 970 dəfə oxundu.