"Bakı" "Sumqayıt"la oyuna hazırdır
Sabah ölkə kubokunun 1/8 final mərhələsində “Bakı” doğma meydanda “Sumqayıt”la qarşılaşacaq.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məluamata görə, komanda bu gün oyunöncəsi son məşqini keçirib.

Saat 11:00-da yüngül qaçışla başlayan hazırlıq dartınma hərəkətləri ilə davam edib. Ardından 4 qrupa bölünən futbolçular müxtəlif isinmə təmrinlərini icra edib. Meydanın digər hissəsində isə Muarem Zeki qapıçılara ayrıca məşq keçib. Daha sonra 3 qrupa bölünən oyunçular “kvadrat” oynayaraq, qısa məsafələrə sürətli qaçış tapşırığını da yerinə yetirib. Bir saat 15 dəqiqə davam edən hazırlığın son bölümündə “narıncılar” və “göylər” olmaqla ikitərəfli oyun keçirilib. Yekunda “göylər” (1:0) üstün olub.

Onu da qeyd edək ki, zədəsini sağaltmaqla məşğul olan Əfran İsmayılov yardımçı meydançada qaçıb. Mario Rubio isə kollektiv məşqlərə qoşulub. İcazəli olan Elvin Əliyev hazırlıqda iştirak etməyib. Əziz Quliyev və Vadim Abdullayev isə müalicəsini davam etdirir.

Xəbər 890 dəfə oxundu.