Elvin qalib gəldi, Rəhim məğlub oldu

Sentyabrın 27-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli boks üzrə 16-cı dünya çempionatının ikinci günündə rinqə 52 və 56 kiloqram çəki dərəcələrində idmançılar çıxıblar.
Çempionatda 52 kiloqramda mübarizə aparan boksçumuz Elvin Məmişzadə 1/32 final mərhələsində indoneziyalı Culio Briaya qalib gələrək 1/16 finala yüksəlib. Digər boksçumuz Rəhim Nəcəfov (56 kq) isə İngiltərə idmançısı Luk Kampbellə məğlub olub.
Mundialda 52 kq-da mübarizə aparan Katsuaki Susa (Yaponiya), Elias Emiqdio (Meksika), Muhammed Vasim (Pakistan), Safoviddin Yusufi (Tacikistan), Rey Saludar (Filippin), Otenq Otenq (Botsvana), Robeisi Ramirez (Kuba), Sudeş Manandhar Sudeş (Nepal), Tugstsogt Nyambayar (Monqolustan), Suranjoy Mayenqbam (Hindistan), Françisko Torrijos (İspaniya), Vinçenzo Pikardi (İtaliya), Fernando Martinez (Argentina), Çatçai Butdi (Çin Taypeyi), Severiane Çiladze (Gürcüstan), Andreu Selbi (Uels), Olzas Sattıbayev (Qazaxıstan), Mixail Konlan (İrlandiya), Zarip Cumayev (Türkmənistan), Georgi Çiqayev (Ukrayna), Saloma Tuve (İsveç), İvan Finurenka (Belarus), Casurbek Latipov (Özbəkistan), Doqaberto Aquero (Dominikan), Oskar Neqrete (Kolumbiya) və Mohammad Alşadi (İordaniya) 1/16 final mərhələsinə yüksəliblər.
Çempionatda 56 kq-da isə, 1/16 finala Bəşir Hassan Salad (İsveç), Nikolay Andreiana (Rumıniya), Abubekir Lbida (Mərakeş), David Miçelius (Polşa), Omurbek Malabekov (Qırğızıstan), Antoni Bret (Fransa), Mohamed Ouadahi (Əlcəzair), Çinyounq Li (Koreya), Orzubek Şaymov (Özbəkistan), Anqel Rodriqez (Venesuela), Otqondalay Dorjnyambuu (Monqolustan) və Axil Kumar (Hindistan) çıxıblar.

Xəbər 1095 dəfə oxundu.