Ronaldinyo dünya çempionatında forma geyinmək istədiyini bildirib
Braziliya millisinin sabiq üzvü Ronaldinyo gələn il ölkəsində keçiriləcək dünya çempionatında forma geyinmək istədiyini bildirib.

FİFA-nın rəsmi saytına danışan "Atletiko Mineyro"nun futbolçusu Braziliya millisinin heyətində yer alacağına inandığını deyib:

"Braziliya millisində yaxşı oyunçuların olduğunu bilirəm. Skolari ilə münasibətim hər zaman yaxşı olub. Amma dünya çempionatında ən yaxşılar oynayacaq. Bu səbəbdən öz üzərimdə daha çox çalışıram. Əgər mundialda iştirak etmək şansım varsa, bunun üçün əlimdən gələni edəcəyəm. Millinin formasını geyinmək əla olardı. Əsas hədəfim də dünya çempionatında oynamaqdır".

Xəbər 812 dəfə oxundu.