İbrahimoviç: "Kavani ilə bütün komandalara qalib gələ bilərik"
PSJ klubunun hücumçusu Zlatan İbrahimoviç komanda yoldaşı Edinson Kavani haqda xoş sözlər deyib.

İsveçli forvard komandasının Kavani ilə bütün görüşlərdə qələbə qazana biləcəyini deyib:

"Kavani mənim komandada işimi daha da asanlaşdırıb. Əgər mən qol vura bilmədikdə o mənə köməklik göstərir. Artıq ötən mövsüm olduğu kimi qələbələri əldən vermirik. Kavani həmçinin müdafiəyə də kömək edir. Komandanın onun kimi hücumçuya ehtiyacı var idi. İnanıram ki, PSJ Kavani ilə istənilən rəqibə qalib gələr".

Xəbər 793 dəfə oxundu.