“Rəvan” kuboka hazırlaşır
Azərbaycan kubokunda 1/8 final mərhələsində I divizion təmsilçisi "Qaradağ Lökbatan” ilə qarşılaşacaq "Rəvan" bu oyunun hazırlıqlarını "Bayıl Arena”da davam etdirir.


İdman.com.az-ın klubun saytına istinadən verdiyi məlumata görə,bBaş məşqçi Şahin Diniyev futbolçularına taktiki-texniki hazırlıq keçib. Məşqlərdə Elvin Həsənəliyev və Tofiq Mikayılovdan başqa, hamı iştirak edib.

"Qəbələ” ilə Topaz Premyer Liqasının son oyununda zədələnərək əvəzlənən Novruz Məmmədovun durumu da qənaətbəxşdir. Onun oyun saatına qədər tam sıraya dönməsi gözlənilir.

Xəbər 789 dəfə oxundu.