"Bavariya" David Alaba ilə müqavilə yenilədi
"Bavariya" klubu təcrübəli futbolçusu David Alaba ilə müqavilə yeniləyib.

Münhen təmsilçisi ilə müqaviləsi 2015-ci ildə başa çatacaq avstriyalı futbolçu daha üç il "Bavariya"nın şərəfini qoruyacaq.

"Bavariya"nın yetirməsi olan 21 yaşlı futbolçu ilk rəsmi matçına 2010-cu ildə çıxmışdı. 2018-ci ilə qədər "Bavariya"da çıxış edəcək Avstriya millisinin üzvü komandası ilə yeni müqavilə imzaladığı üçün çox xoşbəxt olduğunu bildirib.

Qeyd edək ki, "Bavariya"nın baş məşqçisi Pep Qvardiolanın əsas oyunçularından olan Alaba bu mövsüm 20 rəsmi matçda forma geyinib.


Xəbər 836 dəfə oxundu.