"Barselona"nın oyunu tənqid olundu
"Barselona"nın son iki oyunda məğlub olması Kataloniya qəzetlərində də narazılıqla qarşılanıb.

"Sport" qəzeti "Barsa"nın La Liqada "Atletik" (Bilbao) klubuna məğlubiyyətin ardından komandanı tənqid edib.

"Bizim bildiyimiz "Barselona" bu deyil" başlıqlı manşet yazısı dərc edən qəzet Lionel Messinin yoxluğunun artıq komandaya təsir etdiyini bildirib.

Qeyd edək ki, Kataloniya klubu bundan əvvəl Çempionlar Liqasında "Ayaks"a məğlub olmuşdu.

Xəbər 796 dəfə oxundu.