Marselo: "Beyl Ronaldo ola bilməz"
"Real" (Madrid) klubunun futbolçusu Marselo komanda yoldaşları Kriştiano Ronaldo ilə Qaret Beylin müqayisə olunmağını düzgün hesab etmir.

Təcrübəli müdafiəçi deyib ki, uelsli yarımmüdafiəçi son zamanlar yaxşı çıxış etməsinə baxmayaraq, Ronaldoya çata bilməz:

"Beyl ilə Ronaldonu müqayisə edə bilməzsiniz. Kriştiano komandadakı oyunçuların ən yaxşısıdır. Beyl mükəmməl futbolçudur, ancaq bir Ronaldo deyil".

Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi son olaraq "Valyadolid"lə oynanan matçda het-trikə imza atıb.

Xəbər 957 dəfə oxundu.