“Qarabağ”ın tarixində görünməmiş rekord | |
Ağdamın “Qarabağ” klubu tarixinin rekorduna imza atıb. İdman.com.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, Qurban Qurbanovun yetirmələri Topaz Premyer Liqasında ardıcıl 12-ci səfər matçında xal qazanıb. Zaqatalada “Simurq”la qolsuz heç-heçə edən ağdamlılar sonuncu dəfə məhz bu rəqibə uduzmuşdu. Bu il martın 12-də səfərdə “Simurq”a məğlub olan “Qarabağ” həmin vaxtdan rəqib meydanlarını xalsız tərk etmir. Son 12 səfər matçında 7 qələbə qazanan və 5 heç-heçə edən Qurbanovun yetirmələri 1993/94 mövsümündəki rekordunu arxada qoyub. Həmin vaxt “Qarabağ” ardıcıl 11 səfər oyununda uduzmamışdı. 12.03.2013 Simurq (Zaqatala) - Qarabağ (Ağdam) - 1:0 07.04.2013 Neftçi (Bakı) - Qarabağ (Ağdam) - 1:2 21.04.2013 Bakı - Qarabağ (Ağdam) - 0:1 28.04.2013 Qəbələ - Qarabağ (Ağdam) - 0:2 09.05.2013 İnter (Bakı) - Qarabağ (Ağdam) - 0:0 04.08.2013 İnter (Bakı) - Qarabağ (Ağdam) - 1:2 25.08.2013 Qəbələ - Qarabağ (Ağdam) - 0:1 13.09.2013 Rəvan (Bakı) - Qarabağ (Ağdam) - 1:1 28.09.2013 Neftçi (Bakı) - Qarabağ (Ağdam) - 0:0 20.10.2013 Sumqayıt - Qarabağ (Ağdam) - 0:3 27.10.2013 Xəzər Lənkəran - Qarabağ (Ağdam) - 0:3 09.11.2013 AZAL (Bakı) - Qarabağ (Ağdam) - 1:1 30.11.2013 Simurq (Zaqatala) - Qarabağ (Ağdam) - 0:0 Ümumilikdə isə Azərbaycan rekordu “Şəmkir”ə məxsusdur. Qərblilər ardıcıl 23 səfər matçını məğlubiyyətsiz tərk edib. “Kəpəz”in 19, “İnter”in 15 məğlubiyyətsiz səfər oyunu var. “Qarabağ”ın rekordu isə bu siyahıda 8-ci yerdədir. |
|
Xəbər 978 dəfə oxundu. |
|
|