“Şahdağ” futbol klubu növbəti qələbəsini qazandı | |
Dekabrın 1-də futbol üzrə Azərbaycan I Divizionunda XII tura yekun vurulub. Turun son günündə 3 görüş keçirilmişdir. Qusarın “Şahdağ” klubu doğma azarkeşləri qarşısında “Lokomotiv” (Biləcəri) komandasını qəbul edib. Şövkət Orduxanov adına Qusar şəhər stadionunda keçirilmiş qarşılaşmada meydan sahibləri rəqibinə 4:0 hesabı ilə qalib gəliblər. Həmin gün keçirilən digər qarşılaşmalarda MOİK “Karvan”la heç-heçə oynamış - 3:3, “Bakılı” isə “Kəpəz”i 2–1 hesabı ilə məğlub edib. |
|
Xəbər 759 dəfə oxundu. |
|
|