Türkiyə Superliqası: "Qalatasaray"dan növbəti xal itkisi
Türkiyə Superliqasında 13-cü turun növbəti oyunları keçirilib.

Üçüncü oyun günündə daha üç qarşılaşma baş tutub.

"Trabzonspor" öz meydanında "Ercisyespor"a qalib gəlib - 3:1.

"Qalatasaray" səfərdə "Kasımpaşa" ilə qarşılaşıb. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

"Eskişeheşirspor" - "Karabükspor" oyununda isə qapılara qol vurulmayıb.

Qeyd edək ki, Superliqada 13-cü tura bu gün keçiriləcək "Konyaspor" - "Rizespor" oyunu ilə yekun vurulacaq.

1 dekabr

Türkiyə Superliqası, 13-cü tur


"Trabzonspor" - "Erciyesspor" - 3:1
Qollar: Maluda, 14 (1:0), Cem Can, 57 (2:0), Öztekin, 59 (2:1), Olcan Adin, 81 (3:1)

"Eskisehirspor" - "Karabukspor" - 0:0

"Kasımpaşa" - "Qalatasaray" - 1:1
Qollar: Böyüksal, 11 (1:0), Burak, 61 (1:1)


30 noyabr

"Kayserispor - "Akhisar Bələdiyyəspor" - 0:0

"Gənclərbirliyi" - "Qaziantepspor" - 1:3
Qollar: Stanku, 16 (1:0), Has, 27 (1:1), Traore, 35 (1:2), 90 (1:3)

"Fənərbaxça" - "Beşiktaş" - 3:3
Qollar: O.Şahan, 9 (0:1), Emenike, 12 (1:1), Sou, 37 (2:1), Almeyda, 43 (2:2), 45 (2:3), Kuyt, 83 (3:3)

2 dekabr

"Konyaspor" - "Rizespor"

29 noyabr

"Elazığspor" - "Bursaspor" - 1:2
Qollar: Tayvo, 1 (0:1), Yılmaz, 62 (1:1), Fernando, 70 (1:2)

"Sivasspor" - "Antalyaspor" - 0:3
Qollar: Diarra, 58 (0:1), Bassan, 62 (0:2), Promis, 89 (0:3)

Xəbər 933 dəfə oxundu.