Hollandlar “Mançester Yunayted”dən izahat istəyir
Hollandiya Futbol Federasiyası (HFF) milli komandalarının “Mançester Yunayted”də çıxış edən hücumçusu Robin van Persinin zədələnməsi ilə əlaqədar ingilis klubundan izahat istəyib.

HFF-ni “MY”nin məşqçilər heyətinin iş üsulu maraqlandırır. Onların fikrincə, çalışdırıcılar futbolçuların zədələnməsinə məsuliyyətsiz yanaşır, onları nəzərdə tutulduğundan artıq yükləyir.

Qeyd edək ki, əzələsi dartılan van Persi bir neçə həftə yaşıl meydanlardan kənarda qalıb. Onun nə zaman oynayacağı bəlli deyil. Bu məsələ isə HFF-ni narahat edir. Hollandlar hesab edir ki, van Persinin zədəsi xroniki ola bilər. Belə olan halda futbolçu dünya çempionatının final mərhələsinə lazımınca hazırlaşa bilməyəcək.

Xəbər 824 dəfə oxundu.