“Neftçi”nin qapısına penalti təyin olunmalı idi"
“Maraqlı oyun oldu. “Neftçi” həmişə çempionluğa oynayan komandadır. Biz də bu gün yaxşı oynadıq, komandadan razı qaldım".

İdman.com.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqanın 15-ci turunda "Neftçi" ilə oyundan (1:2) sonra deyib.

O, hakimin rəqib komandanın qapısına on bir metrlik cərimə zərbəsini vermədiyini bildirib: "Fikrimcə, “Neftçi”nin qapısına penalti təyin olunmalı idi. Yan xətt hakimi də bayrağını qaldırdı, lakin baş hakim penalti vermədi”.

Xəbər 914 dəfə oxundu.