Baçana Sxadadze xəstəxanalıq oldu
Topaz Premyer Liqanın 15-ci turu çərçivəsində səfərdə "Bakı"nı 1:0 hesablı məğlub edən "İnter" klubu ciddi itki ilə üzləşib.

Komandanın hücumçusu Baçana Sxadadze matçın son dəqiqələrində zədələnərək sıradan çıxıb.

Ciddi zədə alan gürcüstanlı forvard oyunun final fitindən sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Xəbər 815 dəfə oxundu.