Qustavo: "Barselona" mənimlə maraqlanmır"
Almaniyanın "Volfsburq" klubunun yarımmüdafiəçisi Luis Qustavo haqqında yayılan xəbərlərə münasibət bildirib.

Braziliyalı futbolçu qışda komandasını dəyişməyəcəyini açıqlayıb:

"Düzünü desəm, mənim komandamı dəyişməyim müzakirə mövzusu deyil. "Barselona"ya gəlincə, bu çoxdankı hekayədir. Hazırda Kataloniya klubu mənimlə maraqlanmır. "Volfsburq"la müqaviləm var və qışda komandanı tərk etməyi düşünmürəm".

Xəbər 830 dəfə oxundu.