"Real" Ronaldonun ayaqlarını sığortaladı
"Real" (Madrid) klubu əsas futbolçusu Kriştiano Ronaldonun ayaqlarını yenidən sığortalayıb.

Portuqaliyalı hücumçunun ayaqlarında böyük bir problem yaranarsa, kluba 103 milyon təzminat ödəniləcək.

Qeyd edək ki, Madrid klubu futbolçuların sığortalanması üçün ümumilikdə ildə 1 milyon avro ödəyir.

Xəbər 835 dəfə oxundu.