Mourinyodan transfer açıqlaması
"Çelsi"nin baş məşqçisi Joze Mourinyo transfer planları haqda danışıb.

Portuqaliyalı mütəxəssis yanvar ayında komandaya heç bir futbolçu gətirməyəcəklərini deyib:

"Hazırda hər hansı bir oyunçunun transferi üçün danışıqlar aparmırıq. Yanvar ayında heç bir transfer etməyəcəyik, kimsə də komandadan göndərilməyəcək".

Qeyd edək ki, London klubunun Fabio Koentrau ilə maraqlandığı iddia edilirdi.

Xəbər 852 dəfə oxundu.