Bekhem: "Qiqqz məni yaşlı hiss etdirir"
İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq futbolçusu Devid Bekhem komandanın hazırki oyunçusu Rayan Qiqqz haqda xoş sözlər deyib.

Bekhem bu gün 40 yaşını qeyd edən Qiqqzin hələ də futbol oynamasına təəccüblənmədiyini bildirib:

"Bu yaşda futbol oynamaq heyratamiz nailiyyətdir. Mən buna təəccüblənmədim. Çünki onun istedadına və enerjisinə yaxşı bələdəm. Ancaq onu deyə bilərəm ki, Qiqqz məni yaşlı hiss etdirir".

Qeyd edək ki, Qiqqzdən fərqli olaraq Bekhem 38 yaşında futbolçu karyerasını başa vurub.

Xəbər 837 dəfə oxundu.