Messinin həkimi danışdı
"Betis"lə matçda zədələnən "Barselona"nın futbolçusu Lionel Messi yaşıl meydanlara vaxtında dönəcək.

Müalicəsinin ilk hissəsi tamamlanan argentinalı hücumçunun vəziyyəti yaxşılaşıb.

Bu barədə açıqlama verən Kataloniya klubunun həkimi deyib ki, Messinin sağalma müddəti sürətlə gedir.

Qeyd edək ki, 26 yaşlı oyunçu müalicəsinin ikinci hissəsini Argentinada davam etdirmək məqsədi ilə bu gün öz ölkəsinə yollanıb.

Xatırladaq ki, Messi noyabrın 10-da "Betis"lə matçda ayaq əzələsindən zədələndiyi üçün onun 6-8 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanmışdı.

Xəbər 856 dəfə oxundu.