“Mil-Muğan” – “Qəbələ” oyununun keçirilmə yeri dəyişdirildi
Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Mil-Muğan” – “Qəbələ” oyununun keçirilmə yeri dəyişdirilib.

İdman.com.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, “Mil-Muğan” klubunun Peşəkat Futbol Liqasına ünvanladığı məktubda İmişli şəhər stadionunun ot örtüyünün bu oyunu keçirmək üçün yararsız vəziyyətdə olduğu bildirilib.

“Qəbələ” klubunun da razılıq məktubu nəzərə alınaraq, “Mil-Muğan” – “Qəbələ” oyunu Qəbələ şəhər stadionunda keçiriləcək.

Xəbər 964 dəfə oxundu.