Ərsun Yanal klubun tarixinə düşüb
"Fənərbaxça"nın baş məşqçisi Ərsun Yanal klubun tarixinə düşüb.

O klub tarixində mövsümə ən yaxşı başlayan çalışdırıcı olub.

İstanbul klubu bu mövsüm oynadığı rəsmi 12 matçın 10-da qalib gəlib, yalnız bir dəfə məğlub olub, bir dəfə isə heç-heçə edib.

Bu nəticə ilə Ə.Yanal 2000/2001 mövsümündə "Fənərbaxça"nı çalışdıran Mustafa Dənizlinin rekordunu qırıb. M.Dənizlinin çalışdığı dönəmdə komanda ölkə çempionatıda ilk 12 oyundan sonra 8 qalibiyyət əldə etmiş, 3 heç-heçə nail olmuş, 1 dəfə isə uduzmuşdu.

Qeyd edək ki, "Fənərbaxça" hazırda Türkiyə superliqasının turnir cədvəlində 31 xalla birinci pillədədir.

Xəbər 795 dəfə oxundu.