"Bavariya"da daha bir ciddi itki
"Bavariya"da daha bir futbolçu sıradan çıxıb.

Çempionlar Liqasının qrup mərhələsində ÇSKA ilə matçda zədələnən komandanın kapitanı Filip Lamın iki oyun meydana çıxa bilməyəcəyi açıqlanıb.

Bununla da Münhen təmsilçisində zədəli oyunçuların sayı 7-ə çatıb. Bundan əvvəl Bastian Şvaynştayqer, Frank Riberi, Mario Mandzukiç, Klaudio Pisarro, Xerdan Şaqira və Holqer Badştuber sıradan çıxıb.

Xəbər 804 dəfə oxundu.