"Qəbələ"nin futbolçusu əməliyyat olundu
Məşq zamanı zədə alan və dizində mensk yırtığı əmələ gələn "Qəbələ"nin futbolçusu Omar Kalabane İstanbulda - "Acıbadem" Fulya Xəstəxanasında əməliyyat olunub.

İdman.com.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, travmotoloq-cərrah professor Ömer Taşer tərəfindən gerçəkləşdirilən əməliyyat uğurla sona çatıb. Futbolçu sabah ölkəmizə dönəcək. Kalabanenin 3 həftə sonra yaşıl meydanlara dönməsi gözlənilir.

Xəbər 926 dəfə oxundu.