Vadim Abdullayev və Əziz Quliyevin sağlıq durumu barədə raport açıqlandı
"Bakı" futbol klubunun üzvləri Vadim Abdullayev və Əziz Quliyevin sağlıq durumu barədə raport açıqlanıb.

Noyabrın 27-də İstanbulda Acıbadem Fulya xəstəxanasının idman sağlığı mərkəzində əməliyyat olunan hər iki futbolçunun durumu normaldır.

Ortopediya və travmotologiya mütəxəssisi professor Ömər Faruk Taşer tərəfindən əməliyyat olunan Vadim Abdullayevin 3 aydan sonra yaşıl meydanlara dönə biləcəyi bildirilir. Vadim sağ menisk əməliyyatına məruz qalib.

Eyni nahiyədən əməliyyat olunan Əziz Quliyevin 1 ay sonra məşqlərə başlaya biləcəyi təxmin edilir. Bu barədə məlumatı professor Ömər Faruk Taşer verib.

Xəbər 910 dəfə oxundu.