Şahmat üzrə “Əməkdar Məşqçi” adları verilib
Azərbaycan Gənclər və İdman Nazirliyinin əmrinə əsasən Xanlar Allahverdiyev və İlham Əliyevə şahmat üzrə “Əməkdar Məşqçi” adları verilib.

Xanlar Allahverdiyev və İlham Əliyev səmərəli işinə, xidməti vəzifələrini nümunəvi icra etdiklərinə və yüksək peşə ustalığına görə bu fəxri ada layiq görülüblər.

Xatırladaq ki, Xanlar Allahverdiyev Həmkarlar İttifaqlarının şahmat-dama klubunun baş məşqçisi, İlham Əliyev isə Sumqayıt yığma komandasının baş məşqçisidir.

Xəbər 772 dəfə oxundu.