Ronaldo: "Biz Messi ilə fərqli futbolçularıq"
"Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo "Barselona"nın ulduz futbolçusu Lionel Messi ilə müqayisə olunmasına münasibət bildirib.

Portuqaliyalı futbolçu Messi ilə fərqli oyunçular olduğunu bildirib:

"Biz Messi ilə fərqli oyunçularıq. Futbol komanda oyunu olduğundan burada fərdi göstəricilər önə çıxmamalıdır. Əgər güclü komanda yoldaşların yoxdursa, sən böyük futbolçu sayıla bilməzsən. Çünki komanda yoldaşlarım və məşqçim olmasaydı, mən Ronaldo olmazdım. Eyni sözləri komandanın azarkeşləri və ailəmə də aid edirəm".

Qeyd edək ki, Ronaldo sonda komandasının bu mövsüm həm Çempionlar Liqasını, həm də İspaniya La Liqasını qazanacağına inandığını bildirib.

Xəbər 802 dəfə oxundu.