Del Boske: "Hədəfimiz çempionluq titulunu qorumaqdır"
İspaniya millisinin baş məşqçisi Visente del Boske qarşıdakı dünya çempionatında komandasının şanslarını dəyərləndirib.

Təcrübəli mütəxəssis komandasının əsas hədəfinin çempionluq titulunu qorumaq olduğunu bildirib:

"İspaniya son dövrlər deyil, 20 il öncə də Avropada aparıcı rol oynayırdı. Təbii ki, bunda təkcə "Real" (Madrid), "Barselona" və "Atletiko" (Madrid) klublarının adlarını çəkmək düzgün olmazdı. "Valensiya", "Atletik" (Bilbao), "Vilyareal" və "Deportivo" kimi komandaların da İspaniya futbolunun inkişafına təkan verdiyini düşünürəm. Qarşıdakı dünya çempionatında əsas hədəfimiz isə yenidən çempion olmaqla titulumuzu qorumaqdır".

Qeyd edək ki, İspaniya millisi 2010-cu ildə CAR-da keçirilən dünya çempionatının final matçında Hollandiyanı məğlub etməklə tarixində ilk dəfə fəxri mükafata sahib çıxmışdı.

Xəbər 853 dəfə oxundu.