"Bavariya"da kapitan itkisi
"Bavariya"nın kapitanı Filipp Lam MOİK ilə oyunda belindən zədə aldığına görə komandasına iki həftə kömək edə bilməyəcək. Futbolçu Bundesliqadakı "Ayntraxt" və "Braunşveyq" qarşılaşmalarında forma geyinməyəcək. Oyunçu eyni zamanda "Auqsburq"la Almaniya Kubokunun matçına da çıxmayacaq. İki həftədən sonra Lamın tibbi müayinəsi yenidən aparılacaq və qərar o vaxt veriləcək.

Xəbər 799 dəfə oxundu.