“Fənərbaxça”da qalmaqal
Türkiyə Superliqasında "Beşiktaş"la oyuna hazırlaşan "Fənərbaxça"nın son məşqində gərgin anlar yaşanıb.

Klubun baş məşqçisi Ersun Yanal futbolçusu Egemen Qorxmazı məşqdən qovub.

Buna oyunçunun mütəxəssisin verdiyi tapşırıqları yerinə yetirməməsi səbəb olub. E.Qorxmaz isə E.Yanala "yanlış hərəkət edirsiniz" deyərək meydanı tərk edib.

Qeyd edək ki, “Fənərbaxça” – “Beşiktaş” derbisi noyabrın 30-da keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Xəbər 827 dəfə oxundu.