Millimizin rəqibləri müəyyənləşdi
Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının 2014/15 mövsümünün seçmə mərhələsinin püşkü atılıb.

İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan millisinin rəqibləri də müəyyənləşib.

Püşkə əsasən 10-cu qrupda yer alan yığmamız Belçika, İsveçrə, Bosniya və Herseqovina ilə mübarizə aparacaq. Qrupda ilk iki yeri tutan yığmalar Almaniyada keçiriləcək elit-raunda vəsiqə qazanacaqlar.

Qeyd edək ki, seçmə mərhələnin oyunları gələn ilin payızında keçiriləcək.

Xəbər 858 dəfə oxundu.