Nihat Kahveci Mançinini sərt tənqid etdi
Dünən ÇL-da 10 nəfər qalan Real Madridə 4-1 məğlub olan Qalatasarayın oyunundan sonra Türkiyə milli komandasının keçmiş futbolçusu Nihat Kahveci twitter səhifəsində cimbomun baş məşqçisi Mançinini yıxıb sürüyüb:

"Mançini baş məşqçidirsə, mən də Mourinyoyam. Böyük "Qalatasaray" necə bu hala düşə bilər? Fatih Terim adamdır, təkdir. Mənə futbolçuları Terim gətirib deməyin. Mançini nə verib bəs bu komandaya? Əcnəbi sevgisini bir kənara qoyaq artıq. 6-1 Fatih Terim vaxtı deyənlər, Kristiano Ronaldosuz və üstəlik 10 nəfərlik "Real Madrid". "Qalatasaray" ilk oyunda daha yaxşı idi. Əcnəbi düşmənçiliyim qəti yoxdur, sadəcə, öz mütəxəssislərimizə dəyər verilməsini istəyirəm

Xəbər 714 dəfə oxundu.