"İnter"dən "Real"ın futbolçusuna 35 milyon avro
"Real" (Madrid) klubunun müdafiəçisi Rafael Varan yeni mövsümdən karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

"İnter" klubu fransız futbolçunun xidmətində maraqlıdır.

Milan təmsilçisi artıq 20 yaşlı futbolçunun transferi ilə bağlı danışıqlara başlayıb. "İnter" rəhbərliyi Varan üçün 35 milyon avrosundan keçməyə hazırdır. Lakin "Real" rəhbərliyi hələlik bu təklifə heç bir münasibət bildirməyib.

Qeyd edək ki, Varan zədə səbəbindən bu mövsüm cəmi 4 oyunda forma geyinib.

Xəbər 917 dəfə oxundu.