Gülməmmədov Tofiq Ataxan oğlu- VƏFAT EDİB
Gülməmmədov Tofiq Ataxan oğlu 9 may 1960-ci ildə Naxçıvan şəhərində anadan olub.

1983-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub və 1987-ci ildə həmin fakültəni bitirib.

1987-ci ildə təyinatla C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında əmək fəaliyyətinə başlayıb.

1992-ci ildə Azərbaycan Televiziya və Radio Verlişləri Şirkətində rejissor vəzifəsinə, 1993-cü ildə “Hərbi Vətənpərvərlik və Səlnamə” resdaksiyasının baş rejissoru, 1996-cı ildə idman redaksiyasının baş rejissoru vəzifəsinə təyin edilib və rejissor-reportyor funksiyasını yerinə yetirib.

2006-cı ildə Lənkəran TV-yə sədr təyin olunub.

Hazırda Azərbaycan Dövlət Neft Şirkəti, Sosial İnkişaf İdarəsinin “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin mətbuat xidmətinə rəhbərlik edir.

2010-cu il dekabrın 27-də Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Əməkdar jurnalist fəxri adına layiq görülüb.

Ailəlidir, 1 övladı var.

T.Gülməmmədov 16 yanvar 2020-ci il tarixdə vəfat edib.

Xəbər 6137 dəfə oxundu.