Avroliqa həyəcanı davam edir
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində V turun oyunları keçiriləcək

İkinci dərəcəli qitə turnirində bütün qarşılaşmalar eyni gündə baş tutacaq.

Türkiyənin Avroliqada yeganə təmsilçisi "Trabzonspor" doğma meydanda Kiprin "Apallon" klubu ilə qarşılaşacaq.

Milli komandamızın üzvü Ruslan Abışovun şərəfini qoruduğu "Rubin" Sloveniyanın "Maribor" klubunu qəbul edəcək.
"Qarabağ"ı Avroliqanın qrup mərhələsinə düşməkdən məhrum edən "Ayntraxt" səfərdə "Bordo" ilə üz-üzə gələcək.


"İnter"i Avroliqanın II təsnifat mərhələsində mübarizədən kənarlaşdıran "Tromse" öz meydanında "Tottenhem"lə qarşılaşacaq.



28 noyabr

Avropa Liqası, V tur


A qrupu

21:00. “Kuban” (Rusiya) - "Sent Qallen” (İsveçrə)

00:05. “Suonsi” (İngiltərə)- “Valensiya” (İspaniya)

Xəbər 838 dəfə oxundu.