Ançelotti: "Bu qədər asan qazanacağımızı gözləmirdim"
"Real"ın (Madrid) baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"la oyundan (4:1) sonra açıqlama verib.

Təcrübəli mütəxəsissis on nəfər qaldıqdan sonra bu qədər asan qazanacaqlarını gözləmədiyini deyib:" On nəfərlə qaldığımız üçün taktiki dəyişikliklər etdim və bu, uğurlu alındı. Bu qədər asan qazanacağımızı gözləmirdim. Hazırda qrupda "Yuventus" "Qalatasaray"dan bir addım öndədir. Amma yenə də İstanbul klubunun onları məğlub etmək şansları var".

Xəbər 837 dəfə oxundu.