Voleybolçularımız pley-offa vəsiqə qazandılar

Sentyabrın 25-də İtaliyada qadın voleybolçuların Avropa çempionatının qrup oyunlarının son qarşılaşmalarına start verilib. «B» qrupunda çıxış edən Azərbaycan millisi Türkiyə və İtaliya voleybolçularına məğlub olaraq növbəti mərhələyə yüksəlmək şanslarını xeyli zəiflətmişdilər.

Qitə çempiomatında mübarizəni davam etdirə bilmək üçün komandamıza Xorvatiya ilə oyunda ən azı 2 set fərqi ilə qələbə qazanmaq lazım idi. Qızlarımız bu gün keçirilən qarşılaşmada bunun öhdəsində gələ biliblər. İlk setdə 27:15 hesabı ilə qələbə qazanan komandamız, növbəti hissədə (18:25) məğlub olub. Lakin sonradan təşəbbüsü ələ alan komandamız (25:21, 25:18) yekunda 3:1 hesabı ilə qalib gəlib.

Yarışların reqlamentinə görə qrupların qalibləri sonrakı mərhələyə keçmək haqqı qazanırlar. 2-3-cü yerləri tutan komandalar mübarizəni davam etdirmək üçün pley-offda mübarizə aparırlar.

O Q M S/F X
1. İtaliya 2 2 0 6-1 6
2. Türkiyə 2 1 1 3-4 3
3. AZƏRBAYCAN 3 1 2 5-7 3
4. Xorvatiya 3 1 2 4-6 3

Xəbər 1225 dəfə oxundu.