Arda Turan ingilis nəhənglərinin hədəfində
"Atletiko" (Madrid) klubunun yarımmüdafiəçisi Arda Turan karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Türkiyəli futbolçu ilə "Liverpul" və "Mançester Yunayted" klubları yaxından maraqlanır.

Lakin Ardanı transfer etmək istəyən komanda 40 milyon avrosundan keçməli olacaq. Belə ki, yeni müqaviləyə əsasən futbolçunun təzminat qiyməti 40 milyon avro olaraq göstərilir. Bu məbləği hansı komandanın ödəyəcəyi isə böyük maraq doğurur.

Qeyd edək ki, Arda 2011-ci ildə "Qalatasaray"dan "Atletiko"ya transfer olunmuşdu.

Xəbər 917 dəfə oxundu.