Hiddink Hollandiya millisini çalışdıra bilər
Türkiyə millisinin sabiq baş məşqçisi Quus Hiddink Hollandiya yığmasını çalışdıra bilər.

Bu barədə təcrübəli mütəxəssisin meneceri Kees van Nieuvenhuizen açıqlama verib.

O, Hollandiya Futbol Federasiyasından (HFF) təklif alacaqları təqdirdə Hiddinkin buna razılıq verəcəyini bildirib: "Əgər HFF bizimlə görüşmək istəsə, bu barədə düşünəcəyik. Hiddink də bu təklifi gözləyir".

Qeyd edək ki, 67 yaşlı mütəxəssisin sonuncu iş yeri Rusiyanın "Anji" klubu olub.

Xəbər 793 dəfə oxundu.