"Qarabağ" "Simurq"la oyunun hazırlığına başladı
Topaz Premyer Liqanın 15-ci turunda "Simurq"la qarşılaşacaq "Qarabağ" bu oyunun hazırlıqlarına başlayıb.

Zaqatala təmsilçisinin qonağı olacaq çempionatın lideri günü tək məşqlə keçirəcək.

"Qarabağ"da Admir Teli hələ də kollektiv çalışmalara qoşulmayıb. Son oyunu cəza səbəbindən buraxan Riçard Almeyda məşqlərdə iştirak edəcək. Daha iki gün Bakıda hazırlıq keçəcək Ağdam təmsilçisi dekabrın 29-da Zaqatalaya yollanacaq.

Qeyd edək ki, "Simurq" - "Qarabağ" oyunu noyabrın 30-da, saat 17:00-da keçiriləcək.

Xəbər 850 dəfə oxundu.