"Mançester Yunayted"in futbolçuları ölümdən döndü
"Mançester Yunayted"in futbolçuları böyük bir faciədən qurtulub.

Çempionlar Liqasının qrup mərhələsində "Bayer"lə matç üçün "qırmızı şeytanlar"ı Almaniyaya aparan təyyarə az qala qəza törədəcəkmiş.

Təyyarə eniş zolağına enmək istəyərkən birdən yenidən yüksəlişə keçib. Səbəb isə həmin eniş zolağında digər təyyarənin olması olub. Buna görə də təyyarə 10 dəqiqədə daha artıq uçuş həyata keçirib.

Hadisədən sonra öz fikrini twitter hesabından paylaşan klubun futbolçusu Rio Ferdinand həmin vaxt çox qorxduğunu deyib.

Qeyd edək ki, 1958-ci ildə "Mançester Yunayted"in oyunçularının olduğu təyyarə buna bənzər səbəbdən qəza törətmiş və həmin vaxt 8 oyunçu həlak olmuşdu.

Xəbər 1027 dəfə oxundu.