Andre Villaş Boaş istefaya göndərilə bilər
Tottenhemin baş məşqçisi Andre Villaş Boaş istefaya göndərilə bilər.

Mançester Sitiyə 0-6 hesablı məğlubiyyətdən sonra rəhbərlik ona olan inamını tamamilə itirib.

Quardianın verdiyi məlumata görə, Mançester Yunaytedlə qarşıdakı turda əgər o, məğlub olsa bu onun istefası ilə nəticələnə bilər.

Xatırladaq ki, hazırda Tottenhem 9-cu yerdədir. Yayda klub transferlərə 110 milyon funt sterlinq xərcləyib.

Xəbər 838 dəfə oxundu.