"Mançester Yunayted" "Bayer"lə oyuna ciddi itkilərlə çıxacaq
"Mançester Yunayted" Çempionlar Liqasının qrup mərhələsində "Bayer"lə (Leverkuzen) oyuna ciddi itkilərlə çıxacaq.

Komandanın kapitanı Nemanya Vidiç və hücumçu Robin Van Persi zədə səbəbindən bugünkü vacib qarşılaşmanı buraxmalı olacaq.

"Qırmızı şeytanlar"ın baş məşqçisi David Moyes yerli mətbuata açıqlamasında bildirib ki, Van Persinin durumu yaxşı olsa da, hələlik oyuna hazır deyil və buna görə riskə getmək istəmir.

Qeyd edək ki, 30 yaşlı futbolçu Hollandiya milli komandasının heyətində məşq zamanı zədələnib.

Xəbər 804 dəfə oxundu.