Roberto Mançini: "Bura qələbə qazanmaq üçün gəlmişik"
"Real" (Madrid) keçən il olduğu kimi bu mövsüm də çox güclüdür. Onlara rəqib olmaq hər zaman çətindir. İlk məğlubiyyəti unutmuşuq. Bu matç bizim üçün çox önəmlidir. Bura qazanmaq üçün gəlmişik".

Bu sözləri "Qalatasaray"ın baş məşqçisi Roberto Mançini Çempionlar Liqasının qrup mərhələsində "Real"la oyunöncəsi deyib.

İtaliyalı mütəxəssis Madrid klubu ilə matçın onlarını turnirdəki taleyini həll edəcək qarşılaşma hesab etməyib. Bu səbəbdən də o, məğlub olsalar belə şanslarının hələ də qalacağını bildirib: " Çünki ən əsas "Yuventus"la oynayacağımız qarşılaşma olacaq". Həmin oyun mütləq qazanmalıyıq".

Xəbər 1132 dəfə oxundu.