Ronaldo Messi və İniyestanı qabaqladı
"Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo İspaniyada ilin futbolçusu seçilib.

Portuqaliyalı futbolçu bu yarışda "Barselona"nın iki oyunçusu - Lionel Messi və Andres İniyestanı qabaqlayıb.

Ümumilikdə 32 xal toplayan Ronaldo səsvermədə Messi (26) və İniyestanı (11) geridə qoyub. "Atletiko" (Madrid) klubunun sabiq hücumçusu Radamel Falkao 3, "Barselona"nın qapıçısı Viktor Valdez və "Real"ın yarımmüdafiəçisi Anxel Di Mariya isə hərəyə 2 xal toplayıb.

Qeyd edək ki, sonuncu pillədə 1 xalla "Atletiko"nun hücumçusu Dieqo Kosta qərarlaşıb.

Xəbər 879 dəfə oxundu.