Mustafa Dənizli AZAL-a qarşı oyunda cənub klubunda debüt edə bilər
Bu həftə Topaz Premyer Liqasının XV turunun demək olar ki, ən diqqət çəkən matçı “Xəzər Lənkəran” - AZAL qarşılaşması olacaq. Bu oyun “Xəzər Lənkəran” üçün xüsusi əhəmiyyət daşıya bilər. Məsələ burasındadır ki, yeni baş məşqçi Mustafa Dənizli AZAL-a qarşı oyunda cənub klubunda debüt edə bilər.

Oyun öncəsi AZAL-dakı vəziyyət isə ürəkaçan deyil. Belə ki, zədəli olan Orxan Həsənov, Murad Ağayev və Xuan Fransisko “Xəzər Lənkəran”a qarşı forma geyinə bilməyəcək. Cəzalı olan Viktor İqbekoyini də siyahıya qoşsaq, vəziyyət daha da kritikləşir. Məsələ burasındadır ki, İqbekoyi AZAL-ın aparıcı oyunçusudur. Onun yoxluğu isə Vaqif Sadıqov üçün əməlli başlı dərddir.

Qeyd edək ki, “Xəzər Lənkəran” – AZAL oyunu şənbə günü keçiriləcək.

Xəbər 680 dəfə oxundu.