İker Kasilyas "Mançester Siti"nin hədəfində
"Real" (Madrid) klubunun qapıçısı İker Kasilyas qışda komandasını dəyişə bilər.

Təcrübəli qapıçının İngiltərə Premyer Liqada forma geyinəcəyi iddia olunur.

Belə ki, "Mançester Siti" klubu Kasilyasın xidmətində maraqlıdır. "Real"ın əsas heyətindən kənarda qalan 32 yaşlı qolkiperin də "Mançester Siti"nin təklifini müsbət qarşıladığı bildirilir.

Qeyd edək ki, Kasilyas 1999-cu ildən "Real" klubunun şərəfini qoruyur.

Xəbər 848 dəfə oxundu.